Bunu açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev deyib.
O bildirib ki, buna misal olaraq Bakı-Tibilisi-Ceyhan neft kəmərini misal göstərmək olar.
"Son üç ildə Azərbaycan işğaldan azad olunmuş ərazilərdə çox böyük infrastruktur layihələri icra edir. Bu layihələrin əsas hədəflərindən biri də mövcud mürəkkəb geosiyasi vəziyyət fonunda bir yoldan asılılığın azaldılmasıdır. Bütün bunlar şaxələndirmə istiqamətində atılmış ciddi addımlardır. Misal olaraq Horadiz- Ağbənd avtomobil yolu və Horadiz- Ağbənd dəmiryolunun müstəsna əhəmiyyəti var. Bu yollarla Azərbaycan Naxçıvana və Türkiyəyə çıxışını təmin edəcək, həmçinin də ölkəmiz istiqamətinə gələn yük axınının şaxələndirilməsinə xidmət edəcək. İstiqamətlərə nəzər saldıqda, ilkin olaraq iki istiqamət nəzərdə tutulmuşdu. Biinci yol Zəngəzur ərazisindən keçən, ikincisi isə İran istiqamətində Araz çayı üzərindən olan yolun tikintisi idi", - deyə ekspert əlavə edib.
R. Ağamirzəyev bildirib ki, Ermənistan kommunikasiya yollarının çəkilməsinə dair bir-birinə zidd olan fikirlər səsləndirirdi.
"Avtomobil yolu ilə bağlı razılığa gəlmədilər. Ermənistanın mövqeyinin müəyyən olunmaması fonunda Azərbaycan İran və Türkiyə ilə razılığa gələrək Araz çayının üzərindən yolun tikintisinə qərar verdi. Ermənistan özü-özünü regional layihələrdən təcrid edir. Ermənistan Azərbaycanla hesablaşmaq zorundadır. Ölkəmiz son 17 ildə infrastrukturun yaxşılaşdırılmasına böyük yatırımlar edib", - deyə o, qeyd edib. (Trend)