Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Ermənistan artıq Azərbaycan tərəfdən verilən təkliflərə uzun müddət ləngimə ilə cavab verməyi özü üçün bir ənənəyə çevirib.
“Azərbaycanın birinci təkliflər paketinə isə iki ay yarımdan sonra cavab verib, Xarici İşlər Nazirliyinin bəyanatına isə tez. Bu taktiki gediş, yoxsa gələcək fəaliyyətinin bir hissəsi olmasını gələcək göstərəcək”, - deyə A.Mirzəzadə əlavə edib. (Trend)