31.07.2025, 16:43
AZ EN
14.11.2023, 17:32 268

Türkiyəli nazir: Zəngəzur dəhlizi regionun sülh layihəsi kimi dəstəklənir

XƏBƏRLƏR
  • Zəngəzur dəhlizinin tikintisi üzrə işlər davam edir və regionumuzun sülh layihəsi kimi dəstəklənir.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

"Xüsusilə Şərq-Qərb əlaqələrini yaxşılaşdırmaq üçün Mərkəzi Dəhlizin dəmir yolu əlaqəsi Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə təmin edilib. Bundan əlavə, Xəzər dənizini Türkiyə ilə birbaşa birləşdirəcək Zəngəzur dəhlizinin tikintisi üzrə işlər davam edir və regionumuzun sülh layihəsi kimi dəstəklənir”, - deyə o vurğulayıb.

Uraloğlu onu da qeyd edib ki, İnkişaf Yolu Layihəsi vasitəsilə Fars Körfəzi ilə Avropa və Asiya arasında əlaqə yaranacaq. (Trend)

Oxşar xəbərlər