Bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
"Biz dəfələrlə ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində gələcək dialoq üçün Moskva platforması təqdim etməyə hazır olduğumuzu təsdiq etmişik”, - o vurğulayıb.
“Biz görüşün tarixini razılaşdıqdan sonra onu elan edəcəyik”, - M.Qaluzin əlavə edib.
Xatırladaq ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva münaqişənin həllinə kömək etmək üçün Bakı və İrəvanla dialoqu davam etdirir, ancaq hələ ciddi irəliləyiş yoxdur. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bildirdiyinə görə, siyasi iradə olarsa, Moskva Ermənistan və Azərbaycan XİN başçılarını qəbul etməyə hazırdır. O qeyd edib ki, perspektiv tamhüquqlu üçtərəfli sammitə çıxış ola bilər. (Report)