09.06.2025, 12:23
AZ EN
29.09.2023, 16:15 247

Separatçı xuntanın hərbçiləri Ermənistan ordusunda xidmət edəcək

XƏBƏRLƏR
  • Azərbaycan silahlı qüvvələrinin bir gün davam edən lokal xarakterli antiterror tədbirlərindən sonra ağ bayraq qaldıraraq təslim olan və bölgəni tərk edən qanunsuz hərbi birləşmələrin zabit heyəti Ermənistan ordusunda işə götürüləcək.

“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistanın müdafiə nazirinin müavini Arman Sarkisyan deyib: "Qarabağdan olan hərbi qulluqçular Ermənistan silahlı qüvvələrində xidmətini davam etdirə bilər".

Erməni mətbuatının yazdığı məlumata görə, Arman Sarkisyan Qarabağdan gələn hərbçilərin Ermənistan ordusunda xidmət etmək üçün heç bir məhdudiyyət qoyulmayacaq.

Xatırladaq ki, lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağdakı qondarma "ordu" tərksilah və təslim şərtinə razılaşıb.

Elxan SALAHOV

Oxşar xəbərlər