Ermənistanın aparıcı kütləvi informasiya vasitəsi olan "Hraparak" bu günkü sayında xəbər verir ki, iki gündür İrəvanda elm, təhsil nazirliyinin binası önündə etiraz aksiyası keçirilir. Buraya yaxın bölgələrdən də avtobuslarla müəllimlər axışırlar. Onlar sözügedən nazirliyin yeni yeni meyarları, xüsusilə 2-ci, 5-ci və 7-ci siniflərin dərslikləri, həmçinin emis.am.-da yayılmış metodiki göstəricilərlə bağlı etirazlarını bildirirlər. Müəllimlər onu deyiblər ki, elektron variantı ilə dərs keçirdiyinə görə öz evlərində də işləməyə məcburdurlar. Bu isə onların istirahət hüquqlarının pozulmasına, ailələrinə, xüsusilə uşaqlarına vaxt ayırmamağa gətirib çıxarır. Müəllimlər görülən işlər müqabilində az maaş aldıqlarını da xüsusi vurğulayıblar.
N.Qaramanlı