Bunu KİV üçün brifinqdə Ermənistan parlamentinin spikeri respublika hakimiyyətinin artıq müvafiq qərar qəbul etməsi barədə məlumatı şərh edərkən deyib.
“Mən belə bir müzakirədə iştirak etməmişəm, amma hesab edirəm ki, onlar (Rusiya sərhədçiləri) oradan getsələr, düzgün olardı. Onların ölkəmizin sərhədlərini qoruyacaqlarına əmin deyiləm”, - deyə Alen Simonyan vurğulayıb. (AZƏRTAC)