“Ermənilərin despot cəmiyyəti – unutdurulmuş həqiqət” adlı sujetdə Ermənistanın demokratikləşməsi ermənilər və onların didərgin salınmış vətəndaşları olan Qərbi azərbaycanlılara faydalı olacağına yer verilir. Çünki demokratiyanın əsaslarından biri qanunun aliliyinin təmin olunmasıdır. Bu, reallaşarsa, onda Qərbi azərbaycanlılar da Ermənistan vətəndaşı olduqlarını təsdiqlədə biləcəklər.
Verilişdə Ermənistanın baş naziri Nikol Paşinyan ara-sıra Azərbaycanla bağlı bəzi obyektiv açıqlamalar verməsinə toxunana müəllif xatırladır ki, 2019-cu ilin oktyabrında Tehranda “Ararat” idman kompleksində Qarabağ Ermənistandır nöqtə deyən baş nazir bir il sonra, yəni 2020-ci ilin oktyabrında torpağın əsl sahiblərindən aldığı zərbədən sanki ayıldı: “44 günlük müharibədə ona, havadarlarına və bir sıra xəyalpərəst ermənilərə Qarabağın əsl sahibinin kim olduğunu göstərdi. Dəmir yumruq, əks-həmlə əməliyyatı, Prezident İlham Əliyevin Qarabağ Azərbayvandır nida deyimini reallaşdırdı. Müharibədən sonra Nikol Paşinyan bütün beynəlxalq və yerli tədbirlərdə Qarabağın Azərbycanın ərazisi olduğunu etiraf edir. Bu gün və dünən beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın bir hissəsi olaraq qəbul edir. Paşinyan keçirdiyi konfransların birində Ermənistanın təhlükəsizlik sahəsində ciddi problemlərin olduğunu vurğulayaraq, regionda sülhün reallaşmasının vacibliyni deyib”. Müəllif onu da qeyd edir ki, Ermənistanın təhlükəsizliyi ordudan, hərbçilərdən, ölkəyə dəvət etdiyi avropa monitorinq missiyasından, yaxud da Rusiyanın Gümrüdə yerləşən 102 saylı bazasından deyil, Azərbaycanla münasibətlərin normallaşmasından və Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışından asılıdır. Bu, həm də ermənilərə, erməniliyə, Ermənistana daha fərqli yeni və mütərəqqi bir imic qazandırar. Azərbaycanla münasibətləri normallaşdırmaq həm də bu ölkənin demokratik dəyərlərə sadiqliyinin göstəricisi olar.
Paşinyan İrəvanda keçirilən demokratiya uğrunda Ermənistan forumundakı çıxışı zamanı bildirib ki, Qarabağ haqqında həqiqətləri demokratik şərait yarandıqdan sonra öyrəniblər:
“Biz Qarabağ məsələsi ilə bağlı həqiqəti bilmirdik. Ölkədə demokratiya olmadığından Qarabağ məsələsi ilə bağlı həqiqəti çox az adam bilir. Ermənistanda demokratiyanın olmaması və ona olan münasibət bizim hamımızı Qarabağ məsələsində həqiqəti bilməməyimizə xidmət etdi. Bu, çox vacibdir. Siyasi müzakirəyə başlamaq istəmirəm. Amma bir model var: Qarabağ məsələsini ekspertlər səviyyəsində yalnız bir neçə nəfərin məlumatlı olması buna əyani sübutdur. Bu onun üzləşməli olduğu ən böyük problemdir. Bu səbəbdən biz indi demokratiya şəraitində Qarabağ məsələsi ilə bağlı yeni məlumatlar öyrənirik. Məlum məlumatların yeni mənaları, kontekstləri və təfərrüatları üzə çıxır. Bu onu göstərir ki, ermənilərə uzun illər anti-Azərbaycan və anti-Türk təbliğatı mərkəzləşdirilmiş şəkildə zorla təbliğ olunub”.
Başqa sözlə, Paşinyanın Tehranda Qarabağ Ermənistandır açıqlaması kimi: “Əvvəllər belələri elə bilirdi ki, Şuşa da Şuşidi. Nikol Paşinyan ermənilərə onu da izzah etdi ki, Şuşa Azərbaycan şəhəridir. Ermənistanda demokratiyanın olmaması,1999-cu ilin oktyabrın 27-də parlamentdəki terrorla nəticələndi. O vaxtkı prezidnt Robert Koçaryan parlamentdəki müxalifəti və hökumət üzvlərini terror hücumu ilə məhv etdi. Belə bir despot və avtoritar şəraitdə Qarabağın, o cümlədən Şuşanın Azərbaycana aid olduğunu demək çox təhlükəliydi. Çünki koçaryanlar uydurduqları yalanın əsiri idi. Onlar bununla minlərlə ermənini də öz xülyalarının qurbanına çevirmişdilər. Demokratik şəraitdə söz, fikir azadlığı, qanun şahdan uca olur. Bu səbəbdən Nikol Paşinyana uca olan qanun və Dəmir yumruq ona Qarabağın kimə məxsus olduğunu anlatdı. O da özünü demokrat saydığına, bu həqiqəti dünyaya və ermənilərə deməkdən başqa yol görmədi. Paşinyan açıqlaması ilə çatdırmaq istəyir ki, ermənilər indiyə qədər despot cəmiyyətində yaşayıb. Bu, həm də azərbaycanlılara, türklərə nifrət dolu faşist ideologiyasının erməni cəmiyyətinin düşüncəsinə yeridilməsi deməkdir. Bundan isə ən böyük ziyanı elə ermənilərin özləri görür. Saxta “erməni soyqırımı”, “dənizdən-dənizə” yalan ideya, “hədəf” və s. bunun nəticəsidir. Ermənistanda bu kimi məsələnin əleyhinə düşünmək isə milli xəyanət və cinayət sayılırdı. Qərbi azərbaycanlıların reporitasiyası Ermənistan vətəndaşlığının qəbulunu ölkə cəmiyyəti hələ qəbul etməkdə çətinlik çəkir. 35 il ərzində Ermənistanda mövcud olmuş ictimai-siyasi və mədəni atmosifer erməni cəmiyyətinin bunu qəbul etməsinə mane olur. Erməni cəmiyyəti hələ də zənn dir ki, indi Ermənistan adlanan dövlətin ərazisində ancaq ermənilər yaşayıb. Bu torpaq da onlara məxsusdu. Onlar Qərbi Azərbaycan ərazisindəki torpaqların adlarını dəyişməklə ermənilərin o torpaqların onlara aid olmadığı kimi yaddaşını pozur, Basarkeçər, Göyçə, Zəngəzur və başqa türk adlarını yenidən səslənməsi onların yadına unudulmuş bir həqiqəti də salacaq. Demokratik şəraitdə erməni cəmiyyəti bu reallığı qəbul edəcək. Demokrat Ermənistanın, erməni cəmiyyətinin yadına Qərbi azərbaycanlıları, qonşuluqlarını salacaq. Onda Paşinyan, ya da başqa biri Qərbi Azərbaycanlılar Ermənistan vətəndaşıdır,- deyəcəklər. Demokratiya bunu da ermənilərə başa salacaq”.
Hazırladı:Tahirə AĞAMİRZƏ