Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Onun barəsində qanunsuz varlanma və 3.5 milyon dollara yaxın çirkli pulların yuyulması ittihamı irəli sürülüb.
Qeyd olunub ki, Gevorkyan öz əmlaklarını gizlədib və buraya onun həm də xaricdəki əmlakları daxildir. Bura əsasən ABŞ-da ümumi dəyəri 1.4 milyon dollardan yuxarı olan üç mənzil və dəyəri 1.5 milyon dollardan artıq olan malikanə daxildir.
Həmçinin İrəvan şəhərinin Davidaşen rayonuna rəhbərlik etdiyi dövrdə torpaq sahələrinin alqı-satqısı zamanı dələduzluqla məşğul olub. (APA)