20.09.2024, 08:10
AZ EN
21.05.2023, 12:32 250

Ermənistan vətəndaş müharibəsinə doğru gedir

XƏBƏRLƏR
  • May ayının sonuncu on günlüyü də Ermənistan üçün bədbin notlarla başlayıb. 44 günlük müharibə zamanı ölən əsgərlərin doğmalarının etiraz aksiyası yeni məcraya qədəm qoyduğunun heç də müsbət sonunclanmayacağı artıq sabiq deputat Anna Kostanyanın bu gün "Hraparak"da yayımlanmış açıqlaması da sübut edir.

Sabiq deputat ölkədəki ictimai, siyasi, iqtisadi böhranın daha da dərinləşməsini, həmçinin hakimiyyətin vəd etdiyi islahatların feyk olduğunu bildirməklə yanaşı xüsusi vurğulayır ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qəti etiraz edən qüvvələr ölkədə silahlı toqquşmalar yaratmaqla hakimiyyətin istefasına və bununla da ölkə üçün əlverişli şəraitin yetişməsinə nail olmaq istəyirlər. Həlak olan əsgərin anası Qayane Hakopyanı baş nazirin oğlunu oğurlamağa cəhdə görə həbs edən hakimiyyətin apardığı siyasətin erməni cəmiyyətini qane etmədiyini yaxşı gördüyünü təkrarlayan Anna Kostanyan iddia edir ki, cəmiyyətdəki pessimist ovqat yalnız vətəndaş müharibəsinə doğru gedir və bu Ermənistanın öz suverenliyini, Zəngəzuru, Göyçəni itirməyə gətirib çıxara bilər.

Nə deyirik, təki Anna deyən olsun!

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR