O, baş nazir Nikol Paşinyanın öz ölkəsinin deyil, Azərbaycanın və Türkiyənin maraqlarına uyğun siyasət apardığını vurğulayıb. Bildirib ki, o, 2018-ci ildəki baş nazir deyil. İnqilabla hakimiyyətə gəlsədə müxalifətin heç bir iradını, təklifini qəbul etmir. Nikol Paşinyanın müxalifəti Azərbaycanın işlətdiyi kimi revanşçı adlandırması ilə barışmayan Tatevik əlavə edib ki, digər məsələlərdə də Azərbaycanın mənafeyini müdafiə edən N.Paşinyan sərhədlərin delimitasiyası və demarkasiyası prosesində guya xəritəni deyil, "verdiyi vədi" əsas götürür.
Ermənilərin guya böyük tarixə sahib olduğunu bildirən Azərbaycanşünas iddia edir ki, 44 günlük müharibədəki məğlubiyyətdə də günahkar yalnız Nikol Paşinyandır. Artıq ermənilərin gələcəyə ümidsiz baxdığının və ruhi sarsıntılar keçirdiyinin şahidi olduğunu bildirən T.Hayrapetyan Azərbaycanla sülh müqaviləsi imzalamağa deyil, növbəti müharibəyə hazırlamağın vacibliyini vurğulayıb. Həyasızcasına əlavə edib ki, növbəti müharibədə guya qələbə qazanmaq mümkün olacaqdır.
Ümumiyyətlə, o, siyasi rellığı dərk etmədiyini əyani sübut etməklə həm də özünün də revanşçı olduğunu yenidən diqqətə çatdırır. Görünür, hayların başına daha möhkəm yumruq vurulmasını istəyir.
Nəsib Qaramanlı