Dünən erməni mətbuatındakı xəbərlərə istinadən bildirmişdik ki, baş nazir Nikol Paşinyanın oğlu Aşotun aldadılaraq qaçırılmasına cəhd göstərdiyinə görə oğlu 44 günlük müharibədə öldürülən Qayane Hakopyan barədə məhkəmə iclası qərarı bu günə təxirə salınıb. “Hraparak” bu gün günorta xəbər yayıb ki, məhkəmə Qayane Hakopyana qarşı bir aylıq həbs cəzası barədə qərar qəbul edib. Övladları müharibədə həlak olanların çoxu bu qərarla razılaşmayaraq, etiraz aksiyası keçirərək hökumətin binasına doğru yürüş başlayıblar.
Nəsib