Bu barədə "Hraparak"ın bu günkü sayında xəbər verilib. Qeyd olunub ki, o, Ermənistan hakimiyyətinin verdiyi pullar hesabına alınan çoxsaylı xidməti maşınlar həm onun özü, həm də digərləri tərəfindən özününküləşdirilib. Bu isə cinayət deməkdir. Samvel Şahramanyan irəli sürülən iddia ilə razılaşmayaraq dəvət olunduğu istintaq idarəsində bildirib ki, hazırda istifadə etdiyi "Toyota Camry" markalı minik maşınının öz şəxsi vəsaiti ilə alıb.
Xatırladaq ki, bu barədə iyun ayında da məsələ qaldırılmış və həmin maşın "qaraberetlilər" tərəfindən istintaq şöbəsinin həyətinə aparılsa da sonra S.Şahramanyanın vəkili vasitəsilə ona qaytarılmışdır. Onun vəkili Roman Yeritçyan məsələyə münasibət bildirərkən deyib ki, hakimiyyət Qarabağdan gələnlərə soyuq münasibət bəslədiyinə görə müxtəlif bəhanələrlə onları sıxışdırmağı tapşırıb.
N.Qaramanlı