"Axı, nə müstəqillik? İnsanlar hər şeyin başlanğıcını bilməlidir ki, başa düşsün. Cəmiyyət əvvəlcədən aldadılmışdı ki, guya müstəqillik qazanırlar. Həqiqətdə isə bu qorbaçovsayağı perestroyka idi. Onlar rus imperiyasını yenidən qurdular, perestroyka etdilər. Komsomollar və partiyalar Butırlkadan dobro aldılar ki, guya müstəqilliyə gedin, biz indi başqa oyun oynayırıq, bizim çoxəsrlik rus-hay münasibətlərimiz qalmalıdır, biz həmişə birlikdə olacağıq.
Putin dəfələrlə deyib ki, Rusiya həmin rus imperiyasıdır.Bəli, bu həmin imperiyadır ki, biz onun tərkibində guya müstəqilik bəyan etmişik və oradan çıxa bilmirik.
Sovet öz altından çökürdü, o zaman əl altından işləmək lazım idi ki, cəmiyyətin sevmədiyi Sovetə sədaqətli olan gücləri dağıtsınlar. Belə şəxslərin sayı isə milyonlarla idi.
Əgər sovet, doğrudan da, dağılırdısa, onda bəs niyə digər partiya komitələri və partkomların katiblərinin özləri və qohumları işə girişmişdi?
Qarabağ hərəkatı başlayanda tez-tez Ermənistana gedirdim. Adamlar deyirdilər ki, kommunist partiyasının katibləri bizi özləri təşkil etdikləri mitinqlərə aparırlar. Deyirdim ki, sizcə, onlar öz imperiyalarını dağıtmaq istəyirlər ki, bal içindəki həyatlarını dəyişsinlər?.... Deyirdim ki, bir gün başa düşəcəksiniz ki, qorbaçovçular Ermənistanın başında hansı oyunları oynayıb. O oyunu açanlar öz adamlarıdır. Putin çekistdir, Ermənistanın ilk prezidenti çekistdir, xalq isə siyasi alətdir. Müstəqilliyin "inşaatçıları" əsil müstəqillik istəyənləri psixi xəstə adlandırırlar. Levon, Bako, Vano və başqaları sədəqə puldan asılı idilər, necə oldu ki, birdən-birə müstəqillik carçısı olub Ermənistan ümummilli hərəkatına qoşuldular, sonra isə hakimiyyət həmin hərəkata keçdi.
Sonra isə hakimiyyəti ötürmə yolu ilə bir-birinə ötürdülər. Amma bu barədə heç danışılmır. Xalq özünün aldadıldığının əsil səbəbini tapmalıdır. Bu onlar üçün böyük biznes idi", - deyə A.Zadikyan sonda xatırladır ki,Ermənistanda dövlət müstəqilliyi yoxdur və xalq gözlərini açıb bunu görməlidir.
Nəsib Qaramanlı