05.10.2024, 10:03
AZ EN
01.12.2023, 12:03 353

UEFA reytinqi: “Qarabağ” Azərbaycanın hesabına növbəti dəfə xal qazandırıb

XƏBƏRLƏR
  • Avrokubokların qrup mərhələsinin V turundan sonra ölkələrin yeni reytinqi açıqlanıb.

“Qarabağ”ın Norveçdə “Molde” ilə 2:2 hesablı bərabərliyi Azərbaycanın reytinqinə 0,250 xal gətirib.

Hazırda ölkə 18,125 əmsalla 29-cu pillədəki mövqeyini qoruyub. Cari mövsümdəki əmsal isə 3,875-ə yüksəlib.

Siyahıya 98,678 xala malik İngiltərə başçılıq edir. İspaniya (84,739) ikinci, İtaliya (80,998) isə üçüncü sırada qərarlaşıb. (AZƏRTAC)

Oxşar xəbərlər