05.08.2025, 20:31
AZ EN
11.02.2023, 17:41 509

Azərbaycandan Türkiyəyə qış səhra çadırları göndərilib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin yardım tədbirləri davam etdirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirliyin Maddi Texniki Təminat Baş İdarəsinin təminat bazasından qış səhra çadırlarının bir qismi avtomobil, digərləri isə hava nəqliyyatı vasitəsilə qardaş ölkəyə göndərilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Oxşar xəbərlər