Bunu Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Göygöl Təlim Mərkəzinin təlim rəhbəri Musa Məmmədov rayona təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə minatəmizləmə əməliyyatları davam etdirilir:
“Bu prosesdə əsas diqqət inkişaf layihələrinin nəzərdə tutulduğu ərazilərə yönəldilib. Ağdam, Fizuli, Cəbrayıl, Laçın, Qubadlı və Xankəndi ərazilərində minatəmizləmə fəaliyyəti həyata keçirilir.
Qeyd edim ki, Vətən müharibəsindən sonra 202 min hektardan artıq ərazi mina və hərbi sursatlardan təmizilənib, 196 mindən çox mina və sursat aşkarlanıb.
Aparılan işlərə ANAMA əməkdaşları ilə yanaşı, Müdafiə və Fövqaladə Hallar nazirliklərinin, həmçinin iki yerli şirkətin əməkdaşları cəlb olunub”. (Report)