26.06.2025, 02:52
AZ EN
08.05.2025, 10:31 106

Ay baba!

YARADICILIQ

Ulu Öndər Heydər Əliyevin ölməz ruhuna ehtiramla

 

Fəxri Xiyabana, doğum gününü,

Təbrikə gəlibdir ellər, ay baba!

Azad vətənimin təşəkkürüdür,

Məzarın üstündə güllər, ay baba!

 

Sən elə doğmasan, elə əzizsən,

Fəxrlə adına baba deyirəm.

Milyon il keçsə də, haqqın ödənməz,

Ruhun qarşısında mən baş əyirəm.

 

Fəxri Xiyabana axışır hamı,

Ruhuna təşəkkür edir bu millət.

Ot kökü üstündə bitər, - deyiblər,

İlhamla irəli gedir bu millət!

 

Bu gün körpələrin üzü gülürsə,

Azad nəfəsimiz gedib-gəlirsə,

Sülhün göyərçini uça bilirsə,

Sənə borcluyuq!

 

Bu gün bir müstəqil evimiz varsa,

Öz doğma, öz ana dilimiz varsa,

Həftəmiz, ayımız, ilimiz varsa,

Sənə borcluyuq!

 

Firavan ömrümüz-günümüz varsa,

Dünyada səsimiz, ünümüz varsa,

Şöhrətimiz varsa, şənimiz varsa,

Sənə borcluyuq!

 

 

Faiq ŞUŞALI,

keçmiş məcburi köçkün,

Bakı, “Qobu Park” yaşayış kompleksi

Oxşar xəbərlər