Vətənin yolunda verənlər canın,
Torpağın üstünə axıtmış qanın.
Çiçəkli müstəqil Azərbaycanın
Həmrəylik bayramı mübarək olsun!
Dayandı düşmənin önündə mətin,
Hər kəsə bəllidir şanın, şöhrətin.
Qazisi, şəhidi olan millətin
Həmrəylik bayramı mübarək olsun!
Dar gündə bir işə yarıyanların,
Əli ilə yarasın sarıyanların,
Səngərdə bizləri qoruyanların
Həmrəylik bayramı mübarək olsun!
Qürurla danışır şəhid atası,
Şəhiddi gözünün ağı qarası.
Əlindən öpürəm, şəhid anası...
Həmrəylik bayramı mübarək olsun!
Açıldı bağlanan qapı pəncərə,
Göründü ailəmə gözəl mənzərə.
Bununçün borcluyuq Ulu Öndərə...
Həmrəylik bayramı mübarək olsun.
Bayramda dadallar süfrənin tamın,
Şairəm, yazıram haqqın kəlamın.
Cənab Prezidentin, Birinci xanımın
Həmrəylik bayramı mübarək olsun.
Faiq ŞUŞALI
“Qobu Park” yaşayış kompleksi.