21.11.2024, 16:29
AZ EN
30.07.2024, 17:30 330

Cənnətə döndərdin vətənimizi…

YARADICILIQ
  • İstedadlı şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin, Türkiyə Yazarlar Birliyinin, İLESAM-ın, İrak Türkmən Yazarlar Birliyinin üzvü, Prezident mükafatçısı Nəzmiyyə Hicran Kəlbəcər rayonunun Vəng kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Nəzmiyyə Hicran hazırda Türkiyədə yaşayır. Anadolu Universitetinin doktorantıdır. Azərbaycanda və Türkiyədə kitabları çap edilib. Rus, ingilis və türk dillərində tərcümə işləri ilə məşğul olur.  Əsərləri türkdilli ölkələrdə nəşr edilən şair həm də naşirdir.

Nəzmiyyə Hicranın Vətən qoxulu, türk sevdalı şeirlərindən “Vətən səsi”nin oxucularına ərməğan edirik.  

 

İLHAMLA İRƏLİ

 

Alov dilli ürəklərin odu sən,

Azadlığın, al bayraqlı yolu sən,

Nankor, nadan əyə bilməz qolunu-

Vətənimin göyə qalxan qolu sən!

 

Xainləri baxışınla əzirsən,

Bu dünyanı başı uca gəzirsən…

Naşı bilməz, nadan görməz izini-

Hardan gəlib, hara getdin bilirsən…

 

Cənnətə döndərdin vətənimizi,

Dünyaya tanıtdın irs, ismimizi

Sözünün başında “Qarabağ” dedin

Sən varkən kim kəsər Haqq səsimizi?

 

Bir qarış torpağı, bir qarış yurdu,

Yağıya-yadlarda verən deyilsən!

Sən elə lidersən, elə dahisən,

Əsən rüzgarlardan solan deyilsən!

 

Deyirlər, bitərmiş ot kökü üstə,

Öz soykökü ilə böyüdü, İlham…

Xalqın, millətinin qüruru oldu,

Her yerde dillərde öyüldü İlham!

 

Millətim “İlhamla irəli!”, - dedi,

Günəşə açılan səhərim dedi.

Sən elə sevildin, elə seçildin-

Uşaqdan-böyüyə Rəhbərim dedi.

06. 2018 Sakarya, Türkiyə

 

 ŞƏHİDLƏR    

 

“Vətən sağ olsun” deyib,

Yola düşdü şəhidlər.

Qarabağda düşmənin-

Başın üzdü şəhidlər...

 

Qartal kimi səkdilər,

Xocavənddən Şuşaya!

Yeni tarix yazdılar-

Qayalara, daşlara!

 

Erməniyə dərs verib,

Sındırdılar mifini...

Gülləbaran etdilər

“Artsax” deyən dilini!

 

 Göstərdilər gücünü

Türkün, bütün dünyaya...

Qarabağ qaytarıldı--- 

Bütöv Azərbaycana!

 

Savaşda şəhidlərim,

Od-alova döndülər!

Kəfənin örpəyində-

Bayrağa büküldülər!

 

Onlar tarix yazdılar,

Qanları bahasına!

Şəhidlər nida qoydu-

Erməni davasına!

 

MƏN TÜRKƏM

 

Nadanların gözlərinə çəpərsən,

Düşmənlərin hiyləsinə sipərsən,

Dünya boyda yaradılan Türk sənsən,

Soyu-kökü yer yüzündə bir nərəm…

Mən Türkəm!

 

Nə amalım, nə əqidəm dəyişməz,

Kolum sınar biləklərim əyilməz,

Aldadılıb ağlım-başım yeyilməz,

Ovuç-ovuç əllərdə ələnmərəm…

Mən Türkəm!

 

Bu dünyanın barış adlı balası,

Göydə günəş yərdə abu-havası,

Haqsızların, zalimlərin bəlası,

Sevə-sevə bir ömürə gələnəm…

Mən Türkəm!

 

Şüarımız bir azadlıq, bir barış,

Kimsədən çalmadıq torpak bir qarış,

Özbəkistan, Qazağıstan qarışıq,

Türkmənistan, Qırğızıstan deyənəm…

Mən Türkəm!

 

Turanın torpağı, daşı Hicranam,

Millətimi, dövlətimi səvənəm,

Bu dünyada bu başımı tək bircə

Torpağıma, Bayrağıma əyənəm…

Mən Türkəm!

 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər