1983-cü ildə İrəvanda Dəmirçi adına Azərbaycanlı Sovxoz Texnikomunun “Aqranomluq” fakültəsinə (qiyabi şöbəsinə) daxil olub və 1986-ci ildə həmin texnikomu bitirib.1988-ci ildə Qərbi Azərbaycandan qaçqın düşüb.
1988-ci ildə Bakıda APİ-nun “Tarix və əlavə dövlət hüququ” fakültəsinə daxil olub və 1993-cü ildə bitirib.
Hazırda N.Tusi adına ADPU-də müəllim işləyir. AYB-nin üzvüdür. “Bağışla məni” (Bakı 1997), “Mənə könlündə yer ver” (Bakı 2001), “Mənim tariximdir Göyşə yaddaşım” (Bakı 2015), “Sənsiz çətindir” (Bakı 2022) adlı şeir kitabları çap olunub.
ANAM HANI
Mən nənəmin qoynundayam,
Söylə anam hanı dünya?
Taleyin min oynundayam,
Söylə anam hanı dünya?
Gördüyüm vətən həsrəti,
De kim sevibdi qürbəti.
Kim götürər bu dəhşəti,
Söylə anam hanı dünya?
Hanı ömrün bahar çağı,
Yeridi üstümə yağı,
Çəkdi mənə dağlar dağı,
Söylə anam hanı dünya?
O üzdüyüm son gülləri,
İtirdim gözəl illəri,
Dağlarında var dilləri
Söylə anam hanı dünya?
Faziləyəm dağlar məndə,
Bulud məni apar kəndə.
Qoy odlanım Göyçə səndə,
Söylə anam hanı dünya?
GÖYÇƏ
Əsirlərdən əsirlərə yadigar,
Sinəndə yaşanıb illərim Göyçə.
Dağların, daşların, gülün sehrikar,
Sənə qonaq gəlir ellərim Göyçə.
Gəzsəmdə neçə yer, neşə oymaqlqr,
Görsəmdə çox sazlı, sözlü yaylaqlar,
Qəlbimdə öz yerin, öz məkanın var,
Üzülməz əllərdən, əllərim Göyçə.
Hər dağın qoynundan gəlirsə bir səs,
Fazilə köksündə alırsa nəfəs,
Ulular deməyib bu sözü əbəs,
Loğmandı çiçəyin, güllərin Göyçə.
GƏLMİŞİK
Göyçə mahalında, Cil torpağında,
Bir alma ağacı qoyub gəlmişik.
Axan göz yaşımla o, qədim yurdun,
Dağını, düzünü yuyub gəlmmişik.
Viranə qoydular Göyçə elini,
Kəsdilər bülbülün şirin dilini.
Bir el gözəlinin əlvan telini,
Elin son toyunu sayıb gəlmişik.
“Pər” mənim xan bulağım, sultanım,
Orda qalıb xoş dövranım, xoş anım.
Başım üstə dolanırsa düşmənim,
Onu yada necə qıyıb gəlmişik.
Ağ bulağın, ağ daşları yanıbdır,
“Qara daşın” qəlbi bizdən sınıbdır,
Yağı mənim kimliyimi danıbdır
Bu böyük bəlanı duyub gəlmişik.
Faziləyəm vətən deyib ağlaram,
Göz yaşımla dərdi yuyub çağlaram.
Nahaq işin qapısını bağlaram,
Haq yolunda, haqqı deyib gəlmişik.
Hazırladı: Tahirə AĞAMIRZƏ