25.06.2025, 08:29
AZ EN
27.12.2023, 16:15 442

Gəldim Qarabağa bahar çağında

YARADICILIQ
  • Gizir Mustafayev Hüseyn Əli oğlu1989-cu ildə Ucar şəhərində anadan olub. 2023-cü il sentyabrın 20-də Qarabağda aparılan antiterror əməliyyatı zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, Hüseyn Mustafayevin poeziyaya böyük həvəsi vardı və gözəl şeirlər yazırdı. Odur ki, qəhrəman şəhidimizin uğrunda canını fəda etdiyi Qarabağa yazdığı  şeirini  “Vətən səsi”nin oxucularına təqdim edirik. Ruhu şad olsun!  

 

GƏLDİM QARABAĞA BAHAR ÇAĞINDA

 

Gəldim Qarabağa bahar çağında,

Öpdüm, əzizlədim torpağı burda.

Hayana baxdımsa – nəğməli gördüm

Hər otu, ağacı, yarpağı burda.

 

Hansı obasına düşdüsə yönüm –

Çiçək sərgisiylə bəzəndi önüm.

Nənələr deyəndə “başına dönüm” –

Alışdı ömrümün çırağı burda.

 

Yüz dərdə dərmandı bir çiçək ətri,

 Duydum hər qarışda düz-çörək ətri.

Ağsaqqal nəfəsi, ağbirçək ətri

Şairə döndərdi qonağı burda.

 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər