22.09.2023, 01:30
AZ EN
15.09.2023, 18:03 135

Qərbi Azərbaycan, Avdalar kəndi

QƏRBİ AZƏRBAYCAN
  • İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Abovyan) rayonuna daxil olan Avdalar kəndi rayon mərkəzindən 23 km məsafədə, İrəvan şəhərindən 11-12 km şimalda yerləşir. Kəndin digər adı Abdalardır. Toponim Abdal türk tayfasının adına cəmlik bildirən - ar şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. "Abdallara, abdal tayfalarına mənsub kənd" mənasını bildirir.

Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1916-cı ildə 196 nəfər ancaq azərbaycanlı yaşamışdır. Lakin 1948-1949-cu illərdə azərbaycanlılar deportasiya edilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilərək Hatsavan (Çörək qəsəbəsi) qoyulmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər