19.10.2024, 08:35
AZ EN
11.10.2023, 17:52 242

Qərbi Azərbaycan, Sarıyar kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Sarıyar - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunun kəndidir.

İrəvan quberniyasının rayon mərkəzindən 12 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Sarılar kimi göstərilir.

Qızılkilsə (Qızıldaş) sovetliyinin tərkibində olub. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tabeliyində olmuşdur.

Toponim rəng bildirən sarı sözü ilə qədim türk dilində "yarğan" mənasında işlənən yar birləşməsindən əmələ gəlmişdir. Kəndin ərazisindəki torpaq san rəngli süxurlardan ibarətdir. Ona görə də kənd Sarıyar adlarıdırılıb.

1988-ci ilə kimi kənddə yalnız azərbaycanlılar yaşamışdır. 1988-ci ilin sonlarında Ermənistan dövləti kəndin sakinlərini tarixi-etnik torpaqlarından deportasiya etmişdir. Hazırda burada ermənilər məskunlaşıb. Ermənistan prezidenitinin 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Apavan qoyulmuşdur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər