19.10.2024, 18:36
AZ EN
05.04.2023, 10:05 241

Qərbi Azərbaycan abidələri, Uluxanlı məscidləri

QƏRBİ AZƏRBAYCAN

Uluxanlıda keçmiş zamanlarda yeddi məscid var idi: Azamanlılar məscidi, Elatlar məscidi, Torlu məscid, Baltanəmmədlilər məscidi, Qarağaclar məscidi, Qədimalılar məscidi, Nüxülülər məscidi. Bu məscidlərdə dini ayinlərin icrası ilə yanaşı, dini söhbətlərlə bərabər, dünyada baş verən hadisələrdən, ümumi problemlərdən, xeyriyyəçilikdən və s. söhbət gedərdi. Məscidlərin, demək olar ki, hamısının xarabalıqları qalmışdır. Salamat qalanların isə biri sovxozun anbarı kimi, biri məktəb, biri isə mədəniyyət şöbəsinin kitabxanası kimi istifadə olunurdu. 1970-ci illərdə Uluxanlıda məscid rəsmi olaraq fəaliyyətə başladı. Elatlar məhləsi ilə Qırmızı məhlənin arasında yerləşən bu məscid Küllükbaşı məscid də adlanırdı. 1988-ci ildə ermənilər onu da yandırdılar.

İsa Musayev

Oxşar xəbərlər