Şərqmeşəyə tərəf uzanan yolun üstündə, təpənin başındakı üç böyük palıd ağacı qədimdən yerli sakinlərin inam yerinə çevrilmişdi. Buradakı meşəliklər əhali tərəfindən qırılıb, tükənsə də, Kəkilli pirin palıdlarına toxunmağa heç kəs cürət etməmişdir. Pirin ərazisində Zəngilan sayılıb-seçilən din xadimlərindən olan Seyid Mir Əhməd ağa və onun bir neçə qohumları dəfn edilmişdi.
1950-ci illərdə ermənilərin Pircavidan kəndində dağıtdıqları sərdabədən Mir Əhməd ağanın qəbri köçürülmüş, oğlu Mir Əli ağa atasının qəbri üzərində sərdabə tikdirmişdi.
Hazırda Kəkilli pir erməni vandalları tərəfindən dağıdılmışdır.
Hazırladı: Tahirə AĞAMİRZƏ