25.06.2025, 22:27
AZ EN
28.03.2023, 17:00 393

Qərbi Azərbaycanın tarixi abidələri, Gerqaç monastırı

QƏRBİ AZƏRBAYCAN

Gərnibasar mahalının dağlıq hissəsində, Keğart dərəsində, Gərni çayının qolu üstündə inşa edilmiş Gerqaç monastırını XII-XIII yüzilliklərdə bölgədəki xristian Ərmən türkləri qaya üstündə tikmişlər. Bu barədə monastırın qərb qapısı üstündəki kitabədə yazılmışdır: "Zakarın (Sakərin) qardaşı İohannın və Şahənşahın uşaqlarının, Avakın və tərki-dünya Parsağın (Parsakın) dövründə bu əsrarəngiz icma kilsəsi 663-cü ildə (miladi 1214-cü ildə) ucaldılmışdır. Monastırın ətrafında çoxlu tikililər yarandığından o, sonralar Ayrıvəng/Əyrivəng, Yuxarıvəng, Geğart da adlanmışdır. Monastırın ətrafında çoxlu iri mağaralar var idi.

İsa MUSAYEV

Oxşar xəbərlər