“Haylar mitinqdən sonra azğınlaşır, türk öldürməyə çalışırdılar” adlı veriliş Loru mahalının Vorontsovka rayonunun Kruqlaya Şişka kənd sakini Vüqar Hacıyevin həyat hekayəsinə həsr olunub.
O, 1974-cü ildə kiçik bir malakan kəndində doğulduğunu, əsasən Evli kəndində babasının yanında böyüyüb boya-başa çatdığını deyib: “Uşaqlıq, yeniyetmə dövrüm bu kənddə keçib. Orta məktəbə bu kənddə getmişəm, bütün dostlarım, sinif yoldaşlarım hamısı bu kəndlə bağlıdır. Yer dağlıq ərazi olduğuna görə çox soyuq olurdu. Kənddə müasir tipli məktəb, idman zalı var idi. Hər həftənin sonunda radio qovşağından məktəbin “əlaçı” oxuyan və “pis” qiymət alanların adları çəkilirdi. Məktəbdə dərnəklər, fənlərarası yarışlar, ali məktəbə qəbul olan tələbələrlə görüşlər təşkil olunurdu”.
V.Hacıyev 8 aylığında olarkən atasının yol qəzasında dünyasını dəyişdiyini, yaşadığı məkanın təmiz türk yurdu olduğunu söyləub: “Heç vaxt orada ermənilər yaşamayıb. Bizə qarşı ermənilərin məkirli, düşmən kimi yanaşmalarını hiss edirdik. Hətta onların uşaqları belə bizə düşmən gözü ilə baxırdılar. Səsyazma studiyasından Zeynəb Xanlarovanın kasetini almağa imkan vermədilər. Haylar mitinqdən sonra azğınlaşır, türk öldürməyə çalışırdılar.
Onun sözlərinə görə, ermənilər 20-ci əsrin əvvəllərində olduğu kimi, 1988-ci ildə də azərbaycanlıları dədə-baba yurdlarından didərgin salıb, türk yurdlarını boşaltdırıblar: “Son vaxtlar onlar gecələr kəndlərdə, rayon mərkəzində azərbaycanlıların evlərinə basqın edir, insanları döyür, hədə-qorxu gəlməyə başladılar. Haylar mitinqlərdən sonra azğınlaşır, türk öldürməyə çalışırdılar”.
Rayonda Məhəmməd adlı qoca kişini evində öldürdülər. Rayonun rəhbərliyi səviyyəsində tapışırıq vermişdilər ki, kənddən çıxıb getmək lazımdır. 1988-ci il noyabrın 22-də 8-ci sinifdə oxuyurdum, 15 yaşın içində idim. Səsyazma studiyasından Zeynəb Xanlarovanın kasetini almağa imkan vermədilər. Beləliklə, bizim qaçqınlıq həyatı başladı. Gürcüstanın bizimlə qonşu Səfərli kəndinə gəldik. Orada az müddət qalandan sonra Azərbaycana, İsmayıllı rayonunun Qoşakənd kəndində, sonra isə Bakının Mərdəkən qəsəbəsində məskunlaşdıq.
V.Hacıyev doğma yurda qayıdış ümidini 36 ildir itirmədiyini deyib: “Biz o yurdlara mütləq dönəcəyik. Çox arzu edirəm ki, kəndimizə tezliklə qayıdaq. Mən kəndə qaydanda ilk ziyarət edəcəyim yer atamın qəbri, ziyarətgahlar, inanc yerləri olacaq. Uşaqlığımızın at belində keçdiyi yayalaqlardakı günlər üçün çox darıxmışam”.
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. (Report)