Qeyd olunub ki, indiki kimi onda da havadar rolunu oynayanlar onlara maddi, mənəvi, siyasi, hərbi hətta tarixin saxtalaşdırılması üçün yardımlar ediblər.
1988-ci ildə silahlı ermənilər sovet əsgəri ilə azərbaycanlıların evinə gələrək yaşadıqları yurdlarını təcili tərk etməyi onlardan tələb ediblər.
Sovet dövründə ermənilər silahlı olduqları halda, azərbaycanlıların ov tüfəngi belə əllərindən alınmış, orta məktəbdə şagirdlərin hərb sirrini öyrənməsi üçün istifadə olunan silahlar yığışdırılmışdı.
Oxşar hadisələr Azərbaycanın Qarabağ bölgəsində də baş vermişdi. Yerli azərbaycanlı sakinlərdən silahlar məcburi olaraq toplanıb. Odur ki, sovet Rusiyası əsgərləri ilə erməni silahlıları Qərbi Azərbaycanda və Qarabağda eyni cinayəti törədiblər. Qərbi Azərbaycandan zorla çıxarılan dinc azərbaycanlı sakinlər qaçqın, Qarabağdan qovulanlar isə məcburi köçkün adlandırılıb.
Verilişdə söhbət gedir ki, Qərbi Azərbaycanın və Qarabağın azərbaycanlı sakinlərinin geri qayıtması beynəlxalq norma və qaydalara əsasən qanunidir. Bu məsələ 2020-ci ilin noyabrın 10-da Ermənistanın imzaladığı kapitulyasiya aktında da vurğulanıb. Məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı idarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar. Ermənistan bu sənədə əsasən üzərinə götürdüyü öhdəliyə əməl etməlidir. Bu sənədin imzalanmasında Rusiya vasitəçi olub. Ona görə də azərbaycanlıların öz yurdlarına qayıtması üçün Moskva da məsuliyyət daşıyır.
Qeyd edək ki, keçmiş SSRİ dövründə öz yurdlarından qovularaq Qazaxıstana və Orta Asiyaya sürgün edilən Ahıska türkləri, Kırım türkləri azərbaycanlıların repotrasiyası haqqında qanun da qəbul edilib. Həmin sənədə uyğun olaraq Rusiya SSRİ-nin varisi kimi Qərbi azərbaycanlıların da öz yurdlarına qayırtmasını həyata keçirməyə borcludur.
Ermənstanda repotrasiya haqqında qanun mövcuddur. 10 noyabr tarixli sənədə əsasən bu qanuna Qərbi azərbaycanlıların ölkəyə, öz evlərinə qayıtması məsələsinin əlavə edilməsi vacibdir. Çünki İndiki Ermənistandan qovulmuş bütün azərbaycanlılar və onların törəmələrinin öz yurdlarına qayıtmaq hüququnun ləyaqətli və təhlükəsiz şəkildə reallaşmasına Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq ictimaiyyətin nəzarəti altında şərait yaradılmalıdır. Öz yurdlarına qayıdandan sonra onların fərdi və kollektiv haqları, təhlükləsizliyi təmin olunmalıdır. Bununla bağlı dünyada təcrübə mövcuddur. İkinci Dünya müharibəsi zamanı Avropa ölkələri əhalisinin yarısı, o cümlədən yəhudilər , polyaklar, müxtəlif məcburiyyətlərə məruz qalaraq öz evlərindən qovulmuşdu. Müharibə bitəndən sonra onların evlərinə qayıtması təmin olundu. Yəhudilərin və polyakların qaçqın düşmüş övladları, nəvə və ya nəticələri ata-babalarının vətəninə qayıtdı. İndi Cənubi Qafqazda yeni siyasi-coğrafi şərait yaranıb. İkinci Dünya Müharibəsindən sonrakı beynəlxalq təcrübəyə əsasən azərbaycanlıların da öz yurdlarına qayıtması təmin olunmalıdır. Beləliklə, faşist Almaniyası dağıldıqdan sonra dinc sakinlərin daimi yaşamaq hüquqları bərpa olunduğu kimi, SSRİ dağılan ərəfədə yurd-yuvalarından qovulmuş azərbaycanlıların da pozulan hüququnun bərpası təmin edilməlidir. Bu, həm dünya ictimaiyyətində ədalətin bərpasına inamı artıracaq, həm də beynəlxalq ictimaiyyətin faşistlər kimi ermənilərə də veriləcəyi ən doğru dərs göstərəcəyi ən doğru yol olacaq.
Hazırladı: Tahirə AĞAMİRZƏ