Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, yollarda təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə lazımi tədbirlər görülür. Qabaqcadan texnikalar sazlanaraq hazır vəziyyətə gətirilib, eyni zamanda, kifayət qədər qum-çınqıl ehtiyatı yaradılıb.
Qar örtüyünün yollardan vaxtında təmizlənməsi məqsədilə Xidmətə məxsus qartəmizləyən və yollara qum-çınqıl qarışığı səpən xüsusi təyinatlı texnikalar işə salınıb. Şəhərdaxili və şəhərətrafı yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülür.
Eyni zamanda, “Laçın Abadlıq Xidməti” ASC tərəfindən şəhər ərazisində küçə və ictimai məkanların qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. (AZƏRTAC)