Qonaqlara kənddə aparılan işlər barədə məlumat verilib.
Bildirilib ki, Zabux kəndinin ümumi ərazisi 80,9 hektar, planlaşdırılan ərazisi isə 64,30 hektardır. Zabux çayının mühafizə zonasının 14,68 hektar olması nəzərdə tutulub.
Layihəyə əsasən, ərazidə 53 ədəd ikiotaqlı, 116 ədəd üçotaqlı, 28 ədəd dördotaqlı, 26 ədəd beşotaqlı mənzil tikilib. Həmçinin kənddə kənd inzibati mərkəzinin, 50 yerlik uşaq bağçasının, ümumtəhsil məktəbinin, rekreasiya və məşğulluq zonasının, su anbarının və digər təyinatlı binaların tikintisi aparılır.
Xatırladaq ki, səfərdə 33 ölkə, 10 təşkilatdan ümumilikdə 60 diplomat və hərbi attaşe iştirak edib. (AZƏRTAC)