Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələrinin iştirakı ilə açarların təqdim edilməsi mərasimi olub.
Ailələr evlərinin açarlarını sevinc hissi ilə təhvil alıblar. (AZƏRTAC)