Ağalı sakinləri ən müasir şəkildə yenidən tikilən kənddə axşam gəzintisinə çıxıb, infrastrukturla tanış olub, istirahət ediblər.
Trend-in Qarabağ bürosunun çəkiliş qrupu sakinlərin istirahətini izləyib, Ağalı kəndinin gecə görüntülərini lentə alıb.
Qeyd edək ki, 58 nəfərdən ibarət 10 ailə artıq Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb. Ümumilikdə 41 ailədən 201 nəfər növbəti 5 gün ərzində Ağalı kəndinə köçürüləcək.