22.11.2024, 18:25
AZ EN
02.07.2022, 17:40 371

Odilcon İminov: "Azərbaycan Prezidentinin siyasi iradəsi sayəsində Qarabağ inkişaf edəcək"

ŞƏRQİ ZƏNGƏZUR
  • Biz SSRİ parçalandıqdan sonra Ermənistan ilə Azərbaycan arasında baş verən vəziyyət, Qarabağdakı münaqişə barədə hələ Sovet İttifaqı dövründən bilirdik. Ermənilərin burada hər şeyi - evləri, abidələri dağıtmaları bizi çox heyrətləndirdi. Ermənilər bütün bu gözəl, tarixi yerləri viran qoymaqdansa, burada dinc yanaşı yaşaya bilərdilər.

Bu barədə jurnalistlərə müsahibəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının iştirakçısı, Özbəkistan Senatının elm, təhsil və səhiyyə komitəsinin sədri Odilcon İminov Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfəri zamanı bildirib.

Komitənin sədri Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində Qarabağın inkişaf edəcəyinə, burada tezliklə yaşayış yerlərinin tikiləcəyinə, bu bərəkətli torpaqların çiçəklənəcəyinə ümidvar olduğunu vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər