22.11.2024, 02:09
AZ EN
23.02.2024, 13:29 338

Ağalıda Şərqi Zəngəzur Regional Məşğulluq filialının xidmət şöbəsi istifadəyə verilib

ŞƏRQİ ZƏNGƏZUR
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin dayanıqlı məşğulluğunun təminatı istiqamətində tədbirləri davam etdirir.

Nazirlikdən verilən xəbərə görə, əhalinin məşğulluq xidmətlərinə əlçatanlığının təmini məqsədilə Zəngilan rayonunun Ağalı kəndində Agentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının xidmət şöbəsi istifadəyə verilib.

Xidmət şöbəsində məşğulluq xidmətləri ilə bağlı müraciət edən sakinlərin qeydiyyatı aparılaraq, onların məşğulluq imkanları qiymətləndirilir. Fərdi məşğulluq proqramları tərtib edilməklə sakinlərin aktiv məşğulluq proqraamlarına cəlb olunması, habelə onlara karyera məsləhəti xidmətlərinin göstərilməsi işləri aparılır. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR