Bunu "Qazprombank"ın Bazarın Təhlili Departamentinin rəis müavini Gülnarə Xaydarşina deyib.
"Eyni zamanda, nəqliyyat arteriyalarının inkişafı üzrə yeni layihələr 2024-cü ilə qədər Azərbaycanın ÜDM-də nəqliyyatın payının 20%-ə yaxın səviyyəyə yüksəlməsini təmin edəcək. Xatırladaq ki, 2019-cu ildə pandemiyadan əvvəl nəqliyyatın Azərbaycanın ÜDM-də payı 10% az miqdarda keçib", - deyə o bildirib.
Xaydarşinanın sözlərinə görə, Azərbaycan iqtisadiyyatının şaxələnməsinə pul köçürmələrinin daxil olması da kömək edir.
"Artan istehlak tələbi qeyri-neft və qeyri-qaz sektoruna aid olan pərakəndə satış və xidmət sahələrində artıma təkan verir. Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatına görə, 2022-ci ildə fiziki şəxslərdən Azərbaycana pul köçürmələrinin axını 3,6 milyard dollara çatıb və 2021-ci illə müqayisədə 3,2 dəfə artıb", - deyə o əlavə edib.("Trend")