21.11.2024, 16:20
AZ EN
15.01.2023, 10:05 300

Kəlbəcər rayonunun Qasımbinəsi kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • AZƏRTAC Kəlbəcər rayonunun işğal dövründə erməni vandalizminə məruz qalmış Qasımbinəsi kəndinin görüntülərini təqdim edib. Qasımbinəsi kəndi Susuzluq kənd inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.

Oxşar xəbərlər