Yaşayış məntəqəsi maşanlı (və ya maçanlı) tayfasının dağlıq ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "dağlıq ərazidə yerləşən Maşanlı kəndi" mənasındadır. Kənd bu adla rayonun ərazisindəki Maşanlı və ya Araz Maşanlısı kəndindən fərqlənir. Cəbrayıl rayonunun digər kəndi - Maşanlı kəndini Dağ Maşanlı kəndindən köçmüş ailələr Araz çayı sahilində saldığına görə belə adlandırılmışdır. Oykonim maşanlı nəslinin adını daşıyır.
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş kəndi erməni vandalları viran edib.
Kənd 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Tahirə AĞAMİRZƏ