05.02.2025, 23:56
AZ EN
05.08.2023, 14:32 413

Laçın rayonu, Hoçaz kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Laçın rayonunun hər qarışı, hər daşı-qayası bir tarixi özündə əks etdirir. Təbii sərvətləri ilə zəngin olan Laçın təbii sərvətləri ilə zəngindir. Hoçaz kəndi də laçının qədim tarixi əhəmiyyətə malik olan kəndlərindəndir.

Kənd Hoçaz çayının sahilində, Qarabağ yaylasında yerləşir, adını da eyni adlı çaydan alır. Ərazidə yerləşən abidələr, xüsusilə, “Köhnə Hoçaz” adlanan sahədəki qədim tikili yerləri bu günədək qalmaqdadır. Möhtəşəm Hoçaz Qayası zəngin mərmər daşlarının mənbəyidir. Mənbələrdə qeyd olunur ki, kəndin əhalisi bütün dövrlərdə azərbaycanlılardan ibarət olmuşdur.Dağların arasında yeürləşən Hoçaz gölü gözəlliyi ilə diqqət çəkir. Kəndin  Zirinc piri, Hoçaz göl, Qilvə bulağı, Molla bulağı, Hoçaz tir dərəsi, Qızıl evi, yuxarı oba, Hoçaz qayası,  Rizvan bulağı, Qanlı zəmi,  Gen dərə, Sarı bulaq,  Reyhan bulağı, Hoçaz qayası və s. zəngin toponimlərə malikdir. 

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər