21.11.2024, 16:16
AZ EN
05.06.2024, 08:34 354

Cəbrayıl rayonu, Daş Veysəlli kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Cəbrayıl rayonunun Minbaşılı inzibati ərazi vahidində olan Daş Veysəlli kəndi Gəyan çölündə yerləşir. Oykonim daş (qayalıq, daşlıq) və Veysəlli (etnotoponim) komponentlərindən ibarət olub "daşlıq, qayalıq ərazidə olan Veysəlli kəndi" deməkdir. Oykonimin birinci komponenti kəndin relyefini təyin etməklə bərabər yaşayış məntəqəsini rayonun ərazisindəki Göyərçin Veysəlli kəndindən fərqləndirməyə də xidmət edir.

Əhalinin əsas məşğuliyyəti heyvandarlıq olub.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal dövründə kənd erməni vandalizminə məruz qalmışdır.

Daş Veysəlli kəndi 2020-ci il oktyabrın 20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər