08.09.2024, 07:27
AZ EN
04.06.2024, 08:11 254

Qubadlı rayonu, Məlikəhmədli kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Qubadlı rayonunun inzibati ərazi dairəsində olan Məlikəhmədli kəndi Bərgüşad çayının sahilində yerləşir. Keçmiş adı İydəli olmuşdur. Kəndi vaxtilə məlikəhmədli nəsli İydəli adlı sahədə salmışdır. Hal-hazırda kənd həmin nəslin adını daşıyır.

1907-ci ildə kənddə 30 Qafqaz tatarı (Azərbaycan türkü), 1908-ci ildə isə 30 türk yaşayıb. Kənd işğala qədər 56 evdən ibarət olmuşdur.

Kənd toponimləri ilə zəngindir. Qara kaha Məlikəhmədli kəndindədir. Qubadlıda böyüklüyünə görə ən böyük kahalardan biridir. Qara sözü kahanın böyüklüyü ilə bağlıdır.

1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Kənd işğal dövründə erməni vandalizminə məruz qalmışdır.

Məlikəhmədli kəndi 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər