XIX əsrdə Qılıçlı kəndindən ayrılmış ailələr tərəfindən Sarıdaş dağının yaxınlığında salındığına görə belə adlandırılmışdır. Oronim isə "sarı rəngdə olan qaya" mənasındadır.
Sarıyal dağının ətəyində və kəndin yerləşdiyi ərazidə olan daşları sarı rəngdədir. Elə buradan da Sarıyal və Sarıdaş sözləri yaranmışdır.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 25 noyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tahirə AĞAMİRZƏ