22.11.2024, 05:23
AZ EN
18.12.2023, 09:04 305

Qubadlı rayonu, Başarat kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazisində olan Başarat kəndi rayon mərkəzindən 50 km şimal-şərqdə, Qarabağ silsiləsinin ətəyində, Kiçik Həkəri çayının sağ sahilində yerləşir.

Oykonim baş (yuxarı) və arat (dincə qoyulmuş sahə) komponentlərindən düzəlib. Görünür, rayonun ərazisində bir vaxtlar Aşağı Arat adlı kənd də mövcud olmuşdur. Mənbələrin məlumatına görə, kəndin əvvəlki sakinləri XVIII əsrin sonlarında Türkiyəyə köçmüşlər. İndiki əhalisi isə XIX əsrdə yaxınlıqdakı Hürneyit kəndindən köçən ailələrdir. Rayonun ərazisində eyniadlı dağ da var. XVI əsrə aid bir sənəddə Başarat bey şəxs adı da qeydə alınmışdır.

1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 2020-ci il 4 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR