21.11.2024, 20:53
AZ EN
22.11.2023, 09:27 335

Laçın rayonu, Qarakeçdi kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Qarakeçdi (əvvəlki adı: Leninkənd) — Azərbaycan Respublikasının Laçın rayonunun inzibati ərazi dairəsindədir.

Kəndin keçmiş adı Qarakeşiş olmuşdur. XVII əsrdə Cənubi Azərbaycandan gəlmiş ailələrin Qara Keşiş damı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Rəvayətə görə, oradakı Qarakeşiş damı adlanmış qara daş "Əsli və Kərəm" dastanındakı Əslinin atası Qara Məlikdir. Hazırda kənddəki bulaqlardan biri də Əsli-Kərəm bulağı adlanır. 1936-cı ildə kəndə V.Leninin adı verilmişdir. Kəndin adı keçən əsrin sonlarında Qıraqlı kimi rəsmiləşdirilmişdir.

Bu ərazi işğal dövründə ermənilər tərəfindən Lernahovit icması adlandırılmışdır.

Kəndin məktəb binasını Amerikada yaşayan ermənilərin köməyi ilə təmir etmişdilər. 2014-cü il sentyabr ayının 25-də həmin məktəbin açılışı keçirilmişdir. Həmin məktəb üç kəndin – Qarakeçdi, Şeylanlı və Ağbulaq kəndlərinin ortaq məktəbi sayılır.

Kənd sakinlərinin əksər hissəsi Birinci Qarabağ müharibəsindən sonra Ağcabədi rayonunda məskunlaşmışdır.

2006-cı ilin statstikasına görə kəndin əhali sayı 1750 nəfər olmuşdur.

İşğaldan əvvəl kənd əhalisinin əsas təsərrüfatı heyvandarlıq olub.

Qarakeçdi kəndi Ermənistan  silahlı qüvvələri tərəfindən 1992-ci ildə işğal edilmişdir. 1 dekabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər