18.10.2024, 16:28
AZ EN
27.08.2023, 09:00 245

Laçın rayonu, Alıcan kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Alıcan kəndi Azərbaycan Respublikasının Laçın rayonunun Köhnəkənd inzibati ərazi dairəsindədir. Kənd dağlıq ərazidə yerləşir. Verilən məlumata görə, kəndi Xocavənd rayonunun Susalıq kəndindən gəlmiş Alıcan adlı şəxs salmışdır. Kənddə onun nəsli indi də alıcanlılar adlanır. Digər bir ehtimala görə oykonim alıc (ucqar) və an (yer, məkan anlayışı ifadə edən şəkilçi) komponentlərindən düzəlib "ucqar yer" deməkdir. Rayon mərkəzindən 36 km şərqdə yerləşən kənddə ibtidai məktəb, mağaza, tibb məntəqəsi, kitabxana var idi. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq idi. 2020-ci ildə II Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

İsa MUSAYEV

Oxşar xəbərlər