Azərbaycan Respublikasının Laçın rayonunun Daşlı kəndi 1593-cü ildə Mağavuz nahiyəsinin tərkibində olub. Osmanlı dövləti Mağavuz nahiyəsinin oba, kənd qışlaq və məzrələrini siyahıya almışdır. Həmin siyahıda Böyük Daşlı və Kiçik Daşlı adında iki kənd qeydə alınmışdır. Ərazinin daşla əhatə olunduğu və çınqıllı, daşlı yer olduğu üçün, həmçinin kənd də həmin daşlı ərazidə salındığına görə, toponimin adı da Daşlı adlandırılmışdır .
Kənd Qarabağ vulkanik yaylasında yerləşir, rayon mərkəzindən 55 km şimal-qərbdə, Çalbayır silsiləsinin ətəyində, Şəlvə çayının sahilində yerləşir.
İsa Musayev