17.05.2024, 18:48
AZ EN
14.09.2023, 09:55 192

Laçın rayonu, Lolabağırlı kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Azərbaycan Respublikasının Laçın rayonu Qarabəyli kənd inzibati ərazi dairəsinə daxil olan Lolabağırlı kəndi Mamalıçayın sahilində, dağətəyi ərazidə yerləşir. Yerli əhalinin məlumatına görə kəndi Lala Bağır adlı şəxs saldığına görə onun adı ilə adlandırılmışdır. Kənd rayon mərkəzindən 75 km şimal-qərbdə yerləşir. Burada ibtidai məktəb, kitabxana, tibb məntəqəsi, mağaza və s. sosial obyektlər var idi. Kəndin adı ilə bağlı rəvayət də mövcuddur. Rəvayətə görə, kənddə Bağır adlı bir kişi yaşayırmış. Bu kişinin bircə oğlu var imiş. Oğlan kənd ağasının sözünə baxmadığı üçün onu boğazından asırlar. Bağır oğlunu kəndin başı üzərindəki yüksək təpədə basdırır. O, hər gün oğlunun qəbrinin üstünə gedir, lölə (haray) çəkib ağlayır. Nəhayət özü də qəbrin üstündə ölür. Onu da oğlunun yanında dəfn edirlər. Bu hadisədən sonra kəndin adı Löləbağırlı (Lolabağırlı) qalır.

İsa MUSAYEV

Oxşar xəbərlər