21.11.2024, 20:06
AZ EN
16.11.2023, 11:05 337

Qubadlı rayonu, Armudlu kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Armudlu, Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsindədir. Dağətəyi ərazidə yerləşir.

Armudlu kəndi Əliyanlı tayfasına mənsub ailələr tərəfindən salınmışdır. 1948-ci ilədək kəndin adı Amuduq olmuş, Amuduq dağının adı ilə adlandırılmışdır. Sonralar Amuduq kimi təhrif olunmuş və kəndin adı da belə qeydə alınmışdır.

Yaşayış məntəqəsi armud ağacları bol olan sahədə salındığı üçün belə adlanmışdır. Qonşu Qafan rayonunda məşhur Sultanovlar nəslinə məxsus Armudlu (Danzaver) kəndi, Ermənistanın Oktemberyan rayonunda Armutlu (Türk Armutlusu) adlı kənd olub (1935-ci ildən Danzut). Qax və Kəlbəcər rayonlarında da Armudlu adında kəndlər vardır.

Armudlu kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər