21.11.2024, 23:41
AZ EN
13.02.2023, 10:08 306

Cəbrayıl rayonu, Şıxlar kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun Şıxlar kəndi Sirik inzibati ərazisində yerləşir. Qarabağ silsiləsinin ətəyində salınmış bu yaşayış məntəqəsinin keçmiş adı Şıxlar Əhmədli olmuşdur. Kəndin yaxınlığında 10 hektara yaxın ərazidə şəhər xarabalığı və 13-14-cü əsrlərə aid türbələri olan Şıxlar qəbristanlığı mövcuddur. Kəndin qərb tərəfində sıldırım qayalarla əhatə olunmuş "Qala yeri" adlanan qədim qalanın qalıqları və həmin ərazidə yonulmuş "Küfüllər" mağaraları ərazinin qədim yaşayış məskəni olduğunu sübut edir. Kənddə 13-cü əsrdə inşa edilmiş Şıx Baba türbəsi 1993-cü il erməni işğalına qədər qorunub saxlanılmışdır. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, dulusçuluq, toxuculuq və əkinçilik olmuşdur.  Quru mülayim iqlimə malik olub, vulkanik mənşəli təpələrlə əhatə olunmuşdur. Şıxlar kəndi 22 oktyabr 2020-ci ildə Azərbaycanın Şanlı Ordusu tərəfindən işğaldan azad edilmişdir.

İsa MUSAYEV

Oxşar xəbərlər