Kəlbəcər rayonunun Kolatağ kəndi ərazisində yerləşən Böyük Arran monastırı iki kilsə, iki narteks və köməkçi binalardan ibarətdir. Qərbdə yerləşən kilsə (8 x 3.4 m ölçüdə) ensiz, uzun və hündür formaya, nalvari formada apsidaya malikdir. Cənub və qərbdən olmaqla kilsənin iki girişi var. Kilsənin işıqlandırılması iki pəncərə vasitəsilə yerinə yetirilirdi. Pəncərələrdən biri şərq divarında, xaçformalı ikinci pəncərə isə qərb divarında yerləşmişdir. Erkən orta əsrlər Qafqaz Albaniyası memarlığının ruhuna uyğun tikilmiş monastır sərt yonulmuş daşdan inşa edilmişdir. Divarlara hörgü arasında istifadə edilmiş xaç daşlar xüsusi görünüş verir.
İsa Musayev